29 noyabr 2016 21:15
Qəbələ futbolçuları və rəsmiləri Rəhim Həsənovdan narazıdır
Topaz Premyer Liqasının 13-cü turunun mərkəzi qarşılaşması - "Qarabağ" - "Qəbələ" oyunu böyük qalmaqalla başa çatdı. Azerisport.az xəbər verir ki, oyunda vurulan sonuncu qolun ardından qəbələlilər meydanı tərk etdilər.
Halbuki, baş hakim Rəhim Həsənov oyunu başa vurmamışdı. Düzdür, o, qonaq komandanın meydana qayıtmadığını görüb, final fitini səsləndirmək məcburiyyətində qaldı.
Qonaqların narazılığına səbəb isə, Həsənovun oyuna 4 dəqiqə əlavə etdiyi halda, ondan sonra qarşılaşmanı daha 3-4 dəqiqə davam etdirməsi oldu.
