29 noyabr 2016 18:30
Ruslan Qurbanov: Qarabağın hər bir futbolçusu təhlükəlidir
"Qəbələ"nin hücumçusu Ruslan Qurbanov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"la oyuna tam hazırıq. "Anderlext"lə görüşü artıq unutmuşuq. Qarşıdakı oyunda qələbə qazanmaq istəyirik. Hər şeyi oyun göstərəcək. "Qarabağ" çox yaxşı komanda oyunu sərgiləyir. Rəqibin bütün futbolçularını özümüz üçün təhlükəli hesab edirəm".
