29 noyabr 2016 16:45
Təbriz Həsənov: U-19-u AÇ-dən sonra da izləyirdim
Futbol üzrə Azərbaycan U-19 yığmasının yeni baş məşqçisi Təbriz Həsənov bu təyinatla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"AFFA rəhbərliyinə bu etimada görə təşəkkürümü bildirirəm. Bu uşaqlarla çox işləmişəm. Bakıdakı AÇ-dən sonra da bu komandanı izləyirdim. Bu gün ilk məşqimiz olacaq. Uşaqlar artıq böyüyüblər, yeni komandadadırlar. Şübhəsiz ki, tam fərqli sürət, oyun olmalıdır. AÇ-nin seçmə mərhələsində uğurlu çıxış etmək istəyirik. Yanvarda bizi Qranatkinin xatirə turniri gözləyir. Yaxşı hazırlaşmaq və uğur qazanmaq istəyirik".
