29 noyabr 2016 15:40
Prosineçkidən Qarabağ - Qəbələ matçına proqnoz
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Qəbələ" oyununa dair fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, ölkəsinin "Slobodna Dalmacija" portalına açıqlamasında bunları söyləyib:
"Obyektiv yanaşsaq, "Qarabağ"ın heyətindəki yerli futbolçular daha yüksək səviyyəyə malikdir. Fikrimcə, bu komanda qalib gələcək. Hesab 1:0 olacaq".
