29 noyabr 2016 15:20

Elvin Yunuszadə: Problemi bilmək üçün komandanın içərisində olmaq lazımdır

"Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadə Topaz Premyer Liqasının 13-cü turunun "Qəbələ" ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb:

- Qarşıdakı oyundan nə gözləyirsiniz?
- Çempionatın ən vacib oyunlarından biridir. Bütün fikrimizi bu oyuna yönəltmişik. Uğurlu nəticəyə ümid edirik.

- "Qarabağ"dan fərqli, "Qəbələ"nin Avropa Liqasında heç bir şansı qalmayıb. Sizin üçün iki cəbhədə mübarizə aparmaq çətin deyil. Özü də tezliklə ölkə kuboku da start götürəcək...
- Əlbəttə, asan deyil. İndi ancaq "Qəbələ" ilə oyunu düşünürük. Qələbə qazanmağa çalışacağıq.

- Sizin start heyətdə meydana çıxmağınız gözlənilir. Müdafiənin mərkəzində oynamağa hazırsınız?
- Əlbəttə, hazıram. İlk dəqiqələrdən meydana çıxsam, komandamızın uğur qazanması üçün əlimdən gələni edəcəyəm.

- Mətbuat, azarkeşlər sizi çox tənqid edir. Bu təzyiq altında oynamaq çətin deyil?
- Heç bir təzyiq yoxdur. Komandada hər kəs bir-birini dəstəkləyir. Qurban Qurbanov da hamımıza dəstək olur. Buna görə də kollektivdə yüksək motivasiya var.

- Sosial şəbəkələrdə də sizin əleyhinizə müxtəlif maraqlı fikirlər var. "Elvinin meydana çıxması "Qarabağ" üçün böyük itkidir", "Yunuszadə Ağdam klubu üçün ən böyük problemdir" kimi açıqlamalara münasibətiniz necədir?
- Etiraf edim ki, bunları oxumamışam. Mənim baş məşqçim var, onun tapşırıqlarını yerinə yetirirəm. Əlbəttə, hər kəsin fikrinə hörmətlə yanaşıram. Futbolda hər şey olur.

- İtaliya "Fiorentina"sı ilə səfər oyunundan sonra əvəzedici komandaya göndərilmişdiniz. Bu komandaya qarşı cavab oyunu barədə düşünürsünüz?
- Hələ yox. Çünki indi ancaq "Qəbələ" ilə oyun barədə düşünürük. Ondan sonra "Fiorentina" barədə düşünmək olar.

- Özünüzü yenidən bu rəqiblə oyunda start heyətdə meydana çıxmağa hazır sayırsınız?
- Təbii ki, hər bir oyuna olduğu kimi, həmin görüşdə də meydana çıxmağa hazır olmağa çalışacağam. "Fiorentina" ilə oyundan sonra xoş təəssürat qoymaq istəyirəm.

- Kapitan Rəşad Sadıqovla söhbətiniz olub?
- Rəşad klubumuzun lideridir və ondan çox şey öyrənə bilərəm. Onun meydanda olması komanda üçün böyük motivasiyadır. O, bizə düzgün yolu göstərir, biz də çalışırıq ki, həm futbolçu, həm də insan olaraq səhv etməyək.

- Keçmiş komandanız "Neftçi"nin işləri yaxşı getmir. Bu barədə nə deyə bilərsiniz?
- "Neftçi" flaqmandır. Komandanı bu vəziyyətdə görməyə alışmamışıq. Bu klub həmişə çempionatımızda rəqabət yaradıb. Ümid edirəm ki, tezliklə yenə elə olacaq. Orada qardaşlarımız oynayır. Kənardan danışmaq asandır. Onların problemini bilmək üçün komandanın içərisində olmaq lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.