29 noyabr 2016 14:30
Əfran İsmayılov: Qələbə qazanıb, azarkeşlərimizi sevindirmək istəyirik
"Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ" indi yaxşı formadadır. Turnir cədvəlində də birinci pillədə qərarlaşıblar. Bizi çox çətin matç gözləyir. Rəqibin həm güclü məşqçiləri, həm də güclü heyəti var. Maraqlı oyun olacaq. Bizə gəlincə, artıq "Slovan"a məğlubiyyət (0:3) geridə qalıb. Qarşıdakı vacib oyunu düşünürük. Qələbə qazanıb, azarkeşlərimizi sevindirmək istəyirik".
