29 noyabr 2016 13:25
Nazim Süleymanov: AFFA yeni müqavilə təklif etmədisə, deməli...
Azərbaycanın U-19 yığmasının sabiq baş məşqçisi Nazim Süleymanov AFFA-nın onunla yeni müqavilə bağlamamasına dair fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İki il işlədim. Hər il komanda dəyişir. Mənim əsas hədəfim gənclərdən ibarət milli üçün futbolçu hazırlamaq və komandanı AÇ-nin elit raunduna çıxarmaq idi. Komandada yaxşı uşaqlar var idi. Amma ikinci hədəfimizin öhdəsindən gələ bilmədik. AFFA rəhbərliyi sağ olsun ki, iki il mənə bu komanda ilə çalışmağı etibar etdi. Müqavilənin müddətini artırmadılarsa, deməli, nəticə yox imiş. Hələ yeni bir təklif yoxdur. İstirahət edib, gözləyəcəyik".
