29 noyabr 2016 12:45
Xəzər Lənkəran və İnterin sabiq futbolçuları təyyarə qəzasında öldü
Braziliyanın "Şapekoense" klubunun futbolçularını daşıyan təyyarə Kolumbiyada qəzaya uğrayıb. Azerisport.az xəbər verir ki, təyyarədə 72 sərnişin, 9 ekipaj üzvü olub.
Sözügedən klub Kolumbiyanın Medellin şəhərinə yerli "Atletiko Nasional"la oyuna gedirmiş.
Braziliya klubu səfərə 22 futbolçu ilə yollanıbmış ki, onların arasında sabiq "Xəzər Lənkəran"lı Vilyam Tyaqu və "İnter"in keçmiş futbolçusu Joze Maşado da olub. Tyaqu vaxtilə cənub klubunda 29 oyun keçirib. Maşado isə "İnter"in heyətində 9 oyuna çıxıb.
Qeyd edək ki, son məlumatlara görə, qəzadan sonra 13 nəfərin sağ qaldığı bildirilir. Hazırda informasiya dəqiqləşdirilir.
