29 noyabr 2016 12:25
Filip Ozobiç: Qarabağa qalib gəlmək şansımız var
"Qəbələ"nin yarımmüdafiəçisi Filip Ozobiç Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bizi maraqlı oyun gözləyir. Aydın məsələdir ki, çox çətin görüş olacaq. Amma mənə elə gəlir ki, "Qarabağ"a qalib gəlmək şansımız var. Bu görüşə hazırıq və üç xal qazanmağı hədəfləmişik".
