29 noyabr 2016 12:10
Ramin Musayev: Hörmətsizliyə görə Kəpəzi cərimə gözləyir
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilmiş "Kəpəz" - "Neftçi" matçındakı qalmaqala münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qonaqlara qarşı belə bir hərəkətə yol verilibsə, meydan sahibi kluba cəza verilməlidir. Bu, rəqibə, şəhərin qonaqlarına qarşı hörmətsizlikdir. Münaqişəyə AFFA İntizam Komitəsinin iclasında baxılacaq. Qonaqlara qarşı hörmətsiz davranıldığı təsdiqlənsə, klubu cərimə gözləyir".
