29 noyabr 2016 12:00

Elnur Cəfərov: Robert Prosineçki mənim necə məşq etdiyimdən də xəbərdardır

Azərbaycanın gənclərdən ibarət yığma komandasının və Xorvatiyanın "Duqopolye" klubunun yarımmüdafiəçisi Elnur Cəfərovun azerisport.az saytına müsahibəsi

- Xorvatiyada işləriniz necə gedir?
- Hər şey yaxşıdır. Artıq Xorvatiya futbolunun reallıqlarına alışmışam. Demək olar ki, özümü burada yad hiss etmirəm. Baxmayaraq ki, burada elə də çox vaxt keçirməmişəm.

- Demək olar ki, əksər oyunlarda sonradan meydana çıxırsınız. Əvəzedici statusunuz sizi qane edir?
- Hələ ki, daha çox ikinci hissədə meydana çıxıram. Xorvatiyada özümü kənar hiss etməsəm də, Avropa futboluna hələ tam uyğunlaşmamışam. Ola bilsin ki, yaş amili nəyəsə mane olur.

- "Duqopolye" mövsümün əvvəlində lider idi, indi isə beşinci...
- Bəli, komandanın son nəticələri ürəkaçan deyil. Birinci dövrənin sonuna iki tur qalıb. Ümid edirəm ki, bu oyunlardan maksimum xalla ayrılacağıq. Birinci pillədəki komanda ilə xal fərqimiz elə də böyük deyil. Fikrimcə, qış fasiləsindən sonra komandamız daha yaxşı çıxış edəcək. Xorvatiya futbolunun elitasına vəsiqə qazanmaq istəyirik.

- Robert Prosineçki sizi ziyarət etməyib?
- Prosineçki Zaqrebdə yaşayır. Buradan 5-6 saatlıq məsafədədir. Amma bildiyimə görə, mənim çıxışımı mütəmadi izləyir.

- Necə?
- Burada çoxlu tanışı var. Həm də köməkçilərindən biri yanıma gəlmişdi. Bir sözlə, Prosineçki nəinki necə oynadığımı, hətta necə məşq etdiyimi də bilir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.