29 noyabr 2016 11:20
Qəbələnin sabiq qapıçısı: Belə turnirlərdə o cür səhvləri bağışlamırlar
"Qəbələ"nin sabiq qapıçısı Andrey Popoviç bu komandanın Avropa Liqasının qrup mərhələsindəki çıxışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ" "Anderlext"ə qarşı pis oynamadı. Təəssüf ki, ikinci penaltidən yararlana bilmədilər. Son dəqiqələrdə iki qol buraxmalar isə daha üzücü oldu. Bu mövsüm uşaqlar mübarizə aparırlar. Amma buraxılan səhvlər sonda uğur qazanmağa imkan vermir. Belə turnirlərdə o cür səhvləri bağışlamırlar".
