29 noyabr 2016 02:00
Qarabağın rəqibi İnterə məğlub oldu
Futbol üzrə İtaliya çempionatında 14-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Fiorentina" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "İnter"lə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan məğlubiyyətlə ayrılıb - 2:4.
Qeyd edək ki, bir oyunu təxirə salınmış "Fiorentina" hazırda 20 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.
