29 noyabr 2016 20:58

Qarabağ Qəbələyə qalib gəldi

Bu gün Topaz Premyer Liqasında 13-cü tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə bir görüş baş tutub.

Turun mərkəzi qarşılaşmasında eyni xalla zirvəni bölüşən iki komanda - “Qarabağ”la “Qəbələ” üz-üzə gəlib. Görüşdə hesabı qonaqlar açıblar. Ağdam klubu buraxılan qola yalnız son dəqiqələrdə penalti ilə cavab verə bilib. Əlavə vaxtda isə azlıqda qalmasına baxmayaraq, meydan sahibləri daha bir qol vurublar. Buna görə ara qarışsa da, baş verən xoşagəlməz olaylar "Qarabağ"ın vahid liderliyi ələ keçirməsinə mane olmayıb.

Topaz Premyer Liqası
13-cü tur

29 noyabr (çərşənbə axşamı)

“Qarabağ” - “Qəbələ” - 2:1 (0:0)
Qollar: F.Ozobiç, 64 (0:1). R.Almeyda, 86-pen. (1:1). D.Ndlovu, 90+7 (2:1).
Qırmızı vərəqə: R.Almeyda, 90+4.
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov.
Bakı. “Azersun Arena”.

“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev (k), 8. Markos Madera, 9. Reynaldo, 15. Rahid Əmirquliyev, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 11. Mahir Mədətov, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Dino Ndlovu, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 22.Əfran İsmayılov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 10. Ruslan Qurbanov, 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 94. Ürfan Abbasov.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 9. Sergey Zenyov, 14. Cavid Hüseynov, 17. Məhəmməd Mirzəbəyov, 44. Rafael Santos, 70. Fərid Nəbiyev, 88. Tellur Mütəllimov.
Baş məşqçi: Roman Qriqorçuk.

Turun digər oyunları: “Kəpəz” – “Neftçi” - 2:0, AZAL - “Sumqayıt” - 1:1, “Zirə” - “İnter” - 1:1.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.