"Arazla oyundan öncə onlara uduzacağımızı düşünürdüm"
Futzal üzrə Azərbaycan yığmasının sabiq üzvü Rafael "Araz"ın UEFA Kubokunun elit raundundakı uğursuz çıxışından danışıb. Xorvatiyanın "Nasional" klubunda çıxış edən oyunçu azerisport.az saytına açıqlamasında bunları söyləyib:
"Araz" üzərində qələbə qazandığımız üçün sevinirdik. Əvvəllər "Araz"da çıxış etsəm də, indi "Nasional"da oynadığıma görə mən də qələbəyə sevindim. Biz "Qazprom Yuqra"ya da qalib gələ, Dördlər finalına çıxa bilərdik. Amma bu rəqiblə bacarmdadıq. "Araz"a gəlincə, onlar bu dəfə uğurlu çıxış edə bilmədilər. Futzalda bu qədər səhvə yol verəndə, uğur qazanmaq çətin olur, rəqib səni dərhal cəzalandırır. Etiraf edim ki, "Araz"la oyuna qədər onlara uduzacağımızı düşünürdüm. Amma "Araz" çox pis oynadı və uduzdu. Onlara gələcək oyunlarda uğurlar arzulayıram".
