29 noyabr 2016 00:30
Qarabağın rəqibi doğma meydanda məğlub oldu
Futbol üzrə Yunanıstan çempionatında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan PAOK da növbəti matçını keçirib.
Sözügedən klub doğma meydanda "Atromitos"la qarşılaşıb. PAOK bu oyundan məğlubiyyətlə ayrılıb - 3:4.
Qeyd edək ki, hesabından 3 xalı silinmiş "Qarabağ"ın rəqibi hazırda 11 xalla 16 klub arasında 10-cu pillədə qərarlaşıb.
