28 noyabr 2016 19:30
Zaur Svanadze: Azlıqda qələbə hesabını qorumaq çətin idi
"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"10 nəfərlə oynamaq çətin oldu. "Zirə"nin çox yaxşı hücumçuları var, ucaboydular, amma hərəkətlidirlər. Rəqib bizə bu gün çox çətinlik yaşatdı. Biz də pis oynamadıq, qol vəziyyətləri yaratdıq. Amma qələbə hesabını qorumaq çətin idi. Azlıqda oynasaq da, buna yaxın idik. Təəssüf ki, son anda bunu əldən verdik. Artıq ölkə kubokunun oyununa hazırlaşacağıq". (CBC)
