28 noyabr 2016 17:30
Amil Yunanov: AZAL-la heç-heçə rüsvayçı nəticə deyil
"Sumqayıt"ın hücumçusu Amil Yunanov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:
"Maraqlı oyun oldu. Təəssüf ki, qalib gələ bilmədik. Bunun üçün əlimizdən gələni etsək də, alınmadı. Yaxşı ki, uduzmadıq. Çünki hesabda geridə idik. Hakim rəqib qapısına penalti təyin olunanda komanda yoldaşlarım mənim zərbə vurmağımı istədilər. Mən də vurdum. Şadam ki, fərqlənə bildim. Autsayderlə heç-heçə etmək biabırçı nəticə deyil. Çünki səfərdə oynayırdıq. Qələbə sayımızın az olmasına gəlincə, yəqin ki, nəsə çatışmır".
