28 noyabr 2016 15:30
Sumqayıt da Türkiyəyə gedir
"Sumqayıt"ın da qış fasiləsində Türkiyəyə gedəcəyi dəqiqləşib. Azerisport.az xəbər verir ki, Samir Abasovun çalışdırdığı komanda yanvarın 5-də bir araya gələrək hazırlığa start verəcək.
Bundan 5 gün sonra, ayın 10-da isə sumqayıtlılar qonşu ölkəyə yola düşəcək. Komanda ayın 20-nə kimi Türkiyədə hazırlıq keçəcək.
Abasov komandasını 10 gün ərzində 3 yoxlama oyununda sınaqdan keçirəcək.
