28 noyabr 2016 15:00
Slavik Alxasov: Qarabağla Qəbələnin necə oynaması bizi maraqlandırmır
"İnter"in müdafiəçisi Slavik Alxasov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Zirə"yə qarşı oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyuna ciddi hazırlaşmışıq. Bizə bu oyunda xallar qazanmaq lazımdır. "Zirə" ən yaxın izləyicimizdir. Güclü oyunçuları var. Xüsusilə də müdafiə və hücumda. "Qarabağ"la "Qəbələ"nin necə oynaması bizi maraqlandırmır. Əsas "Zirə"yə qalib gəlməkdir. Bu oyunda 3 xal qazanmaq üçün sonadək mübarizə aparmalıyıq".
