28 noyabr 2016 14:00
Dabo Qarabağa qarşı oynaya bilər
"Qəbələ" Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində qarşılaşacağı "Qarabağ"la oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, son dövrlər zədəli olan Sergey Zenyov artıq komanda ilə birgə məşq edir və qarşıdakı oyuna hazır olacaq.
Komandanın digər zədəli hücumçusu Baqali Dabonun da növbəti oyunda iştirakı istisna olunmur.
Qeyd edək ki, "Qarabağ" - "Qəbələ" matçı sabah keçiriləcək və saat 19:00-da start götürəcək.
