28 noyabr 2016 13:30
Elxan Abdullayev Ukraynaya gedir
"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev Ukraynaya səfərə hazırlaşır. Azerisport.az xəbər verir ki, "ağ-qaralar"ın çalışdırıcısı dekabrın 5-6-da Kiyevdə baş tutacaq Pro kateqoriyası üzrə məşqçilik kurslarında iştirak edəcək.
Abdullayevlə yanaşı, bu kurslarda Yunis Hüseynov və Ramiz Məmmədov da iştirak edəcək.
