28 noyabr 2016 01:45
Qarabağın rəqibi heç-heçə ilə kifayətləndi
Futbol üzrə Çexiya çempionatında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Slovan" da növbəti matçına çıxıb.
Libereç təmsilçisi doğma meydanda "Slovaçko" ilə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
Qeyd edək ki, "Slovan" hazırda 15 xalla 16 klub arasında 12-ci pillədə qərarlaşıb.
