28 noyabr 2016 01:00
Samir Abasov: İtirilən xallara görə başımız ağrayacaq
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Çox heyfslənirəm ki, 2 xal itirdik. Bu xallara görə başımız ağrayacaq. Meydanda can qoyduq. Qələbə qazanmağı çox istəyirdik, oyundan öncə də fikrimiz bu idi".
