28 noyabr 2016 00:30

Julien Ebah: Premyer Liqanın ötən mövsümlə müqayisədə zəifləməsi fikri ilə razı deyiləm

"Kəpəz"in hücumçusu Julien Ebah Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- Oyun barədə nə deyə bilərsiniz?
- Bu gün komanda olaraq yaxşı oynadıq. Rəqibimiz də zəif deyildi. Ola bilər ki, indi yaxşı günlərini yaşamırlar. Amma heyətlərində yaxşı ifaçılar var. Bizə qələbə lazım idi. Onu layiqli şəkildə qazandıq.

- "Kəpəz"in də işlərinin yaxşı getdiyini demək olmaz...
- Amma bizdə hər şey o dərəcədə də pis deyil. Komandamız yaxşı futbol oynayır. Sadəcə, hərdən müsbət nəticə qazanmaq mümkün olmur. İtirilmiş xalları kompensasiya etməyimiz lazımdır.

- Oyundakı ilk qol epizodunda siz qapıçı ilə təkbətəki qaçırdınız...
- Həmin epizodda bəxtim gətirmədi. Qol vurmağı, komandama kömək etməyi çox istəyirdim. Çünki bizim üçün vacib oyun idi. İstənilən halda sonradan hesabı aça bildik. İkinci hissədə isə mən də qol vurdum.

- Belə qazonda oynamaq çətin deyil?
- Çox çətindir. Amma bunu problem etməməliyik. Çünki hər iki komanda eyni şərtlər altında oynayırdı.

- Qələbənin davamı gələcək?
- Yaxşı komandamız, futbolçularımız var. Ümid edirəm ki, qələbə qazanmağa davam edəcəyik.

- Azərbaycanda ikinci mövsümünüzü keçirirsiniz. Razısınız ki, TPL-in səviyyəsi ötən illə müqayisədə aşağı düşüb?
- Razı deyiləm. Ötən mövsümdən yeganə fərq klub sayının azalmasıdır. Amma komandalar arasında səviyyə fərqi elə də böyük deyil. Bu da mübarizəni daha da gərgin edir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.