28 noyabr 2016 00:15
Nağıyev oynamadı, Dnepr Şaxtyora məğlub oldu
Futbol üzrə Ukrayna Premyer Liqasında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin komandası - "Dnepr" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda Donetsk "Şaxtyor"u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
Nağıyev bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Hesabından 6 xal silinmiş "Dnepr" hazırda 8 xalla 12 klub arasında 11-ci pillədə qərarlaşıb.
