28 noyabr 2016 00:00
Budaq Nəsirov oynadı, Sportinq uduzdu
Futbol üzrə Portuqaliya ikinci liqasında (Sequnda liqa) 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Budaq Nəsirovun komandası - "Sportinq B" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Penafiel"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Matça start heyətdə başlayan Nəsirov hesab 1:1 olarkən, 64-cü dəqiqədə əvəzlənib. 29-cu dəqiqədə isə o, sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, "Sportinq"in ikinci komandası hazırda 24 xalla 22 komanda arasında 7-ci pillədə qərarlaşıb.
