27 noyabr 2016 14:50
Kəpəz və Neftçi futbolçuları qadın zorakılığına qarşı
AFFA və PFL qadın zorakılığına qarşı kampaniyaya qoşulub. Azerisport.az xəbər verir ki, bu məqsədlə Topaz Premyer Liqasının 13-cü turunun "Kəpəz" - "Neftçi" matçında maraqlı aksiya baş tutub.
Belə ki, hər iki komandanın üzvləri matçdan öncə simvolik olaraq əllərindəki qırmızı vərəqəni nümayiş etdiriblər və bununla bir növ qadın zorakılıqlarına "yox" deyiblər.
