27 noyabr 2016 14:40
Neftçi rəsmiləri Gəncədə VİP-lojadan qovuldular
Topaz Premyer Liqasının 13-cü turunun "Kəpəz" - "Neftçi" oyununda xoşagəlməz hadisə yaşanıb. Azerisport.az xəbər verir ki, Gəncə şəhərinin icra başçısı qonaq komandanın VİP-lojada əyləşən rəsmilərinin oranı tərk etməsini tələb edib.
Nəticədə klub rəsmiləri "Neftçi" azarkeşlərinin yer aldığı tribunaya üz tutublar.
