27 noyabr 2016 14:00

Dmitri Nağıyev: Ümid edirəm ki, gələcəkdə Dneprdə daha çox oynayacağam

Azərbaycanın gənclərdən ibarət yığmasının və Ukraynanın "Dnepr" klubunun yarımmüdafiəçisi Dmitri Nağıyevin azerisport.az saytına müsahibəsi

- Dneprin bu mövsümkü çıxışını necə qiymətləndirərdiniz?
- Həm uğurlu, həm də uğursuz oyunlarımız olub. Bütövlükdə, öz oyun üslubumuz var, ötürmələrlə oynamağa çalışırıq. Bəzən hücumda oyunlarımız alınmır, qol vura bilmirik. Hərdən də elə qollar buraxırıq ki, anlamaq çətindir.

- Debütünüz niyə çox gec alındı?
- Daha tez debüt etmək istəyirdim, amma baş məşqçinin öz fikirləri var. Mənə də sadəcə, çoxlu məşq etmək və şansımı gözləmək qalır. Ümid edirəm ki, gələcəkdə daha çox oynayacağam.

- Əsas heyətə düşməyiniz, sabit oynamağınız nə dərəcədə realdır?
- Start heyətində oynamaqdan danışmaq çətindir. Amma futbolda hər şey çox sürətlə dəyişir. Yenə də deyirəm ki, mənə daha çox çalışmaq və şansımı gözləmək qalır.

- "Dnepr"i başqa kluba dəyişmək fikriniz, təkliflər yoxdur?
- Xeyr, heç bir klubdan təklif almamışam.

- İndiki "Dnepr" əvvəlki möhtəşəmliyini itirənə oxşayır...
- Çünki komandada böyük dəyişiklər oldu. Demək olar ki, bütün futbolçular klubdan getdi. Əvəzedici heyətdən çoxlu futbolçu gəlib. Bütün bunları nəzərə alsaq, "Dnepr"in indiki durumunu başa düşmək olar. Amma bircə onu deyə bilərəm ki, "Dnepr" hazırda layiq olduğu mövqedə deyil. Çünki çoxlu xal itirmişik. Buna baxmayaraq, hər şeyin yaxşı olacağına inanırıq. Növbəti mövsümdə yenə yüksək yerlər uğrunda mübarizə aparacağıq.

- Azərbaycanın əsas millisinə də dəvət almaq fikriniz var?
- Düzünü deyim ki, hazırda yığma yox, "Dnepr" barədə düşünürəm.

- Bəs millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsindəki çıxışını necə qiymətləndirə bilərsiniz?
- Yığmamızın uğurlu çıxışını hər kəs izləyib. Amma məncə, indidən seçmə mərhələnin nəticələri barədə danışmaq tezdir. Qrupdakı rəqiblərimiz çox güclü komandalardır.

- Yeri gəlmişkən, Ukraynada yığmamızın daha bir üzvü - müdafiəçi Pavel Paşayev oynayır. Onun klubu "Stal" barədə nə deyə bilərsiniz?
- Paşayev yaxşı futbolçudur.

- Bir müddət öncə klublarınız qarşılaşarkən görüşdünüz?
- Mən onunla şəxsən tanış deyiləm. İki dəfə üz-üzə gəlmişik və hər iki oyunda ehtiyatda qalmışam. Oyundan sonra isə paltardəyişmə otağına yollanmışam, onunla görüşmək imkanım olmayıb. Onun komandasına qarşı oyunda meydana çıxsam, yəqin ki, Pavellə də görüşmək imkanım olar. Oyundan sonra söhbət də edərik.

- Paşayev Azərbaycanda çox tənqid olunur. Son dövrlər də onun vətəndaşlığı ilə bağlı söz-söhbətlər yaranıb. Klub saytında onun vətəndaşlığı göstərilmir. Ola bilər ki, bu, onun klubuna erməni prezidentin rəhbərlik etməsindən irəli gəlir?
- Paşayev komandasında daimi oynayır. Robert Prosineçki də onu haqlı olaraq yığmaya dəvət edir. Pavel rəsmi oyunlarda da meydana çıxmağa layiqdir. Sadəcə, onun mövqeyində Maksim Medvedev kimi güclü futbolçu çıxış edir. "Stal"ın erməni prezidentinə gəlincə, futbolda siyasətə yer yoxdur. Meydanda müxtəlif millətlərin nümayəndələri yox, oyunçular çıxış edir. Klub prezidentinin erməni olması heç nəyi dəyişmir. Çünki Paşayevə oyununa görə pulu da elə o verir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.