27 noyabr 2016 13:30
Kəpəz - Neftçi matçı 1 dəqiqəlik sükutla başlayacaq
Topaz Premyer Liqasının 13-cü turunun "Kəpəz" - "Neftçi" oyunu bir dəqiqəlik sükutla başlayacaq. Azerisport.az xəbər verir ki, komandalar Gəncə futbolunun yetirməsi olan Şəhriyar Xəlilovun xatirəsini anacaqlar.
Qeyd edək ki, Ş.Xəlilov bu gün səhər saatlarında ürək tutmasından vəfat edib.
Allah rəhmət eləsin!
