27 noyabr 2016 12:30

Nidal Ferhadoviç: İndiki Qarabağ mən oynadığım komanda deyil

"Qarabağ"ın sabiq hücumçusu Nidal Ferhadoviçin azerisport.az saytına müsahibəsi

- Ağdam klubunda keçirdiyiniz günlər yadınızdadır?
- Azərbaycana gələnədək çoxlu klubda oynamışdım. Hətta Almaniya "Karlsrue"sində də. Amma "Qarabağ" barədə yaxşı xatirələrim var. Mənim üçün doğma klubdur. Artim Şakiri, Zaur Ramazanov kimi futbolçularla birgə oynamışam.

- Ağdam klubu həmin dövrlə müqayisədə çox dəyişib, komanda indi yeni səviyyəyə qalxıb...
- Onların çıxışını izləyirəm. "Slovan"la səfər oyunundakı məğlubiyyəti (0:3) məni məyus etdi. Bunu heç kim gözləmirdi. Amma bu klubun çox böyük işlər gördüyü göz önündədir. Böyük uğura nail olublar. Bu, artıq mən oynadığım komanda deyil.

- Onların Avroliqanın pley-offuna yüksəlməsi mümkündür?
- İtaliya "Fiorentina"sına evdə qalib gələ bilərlər. Hər şey öz əllərindədir. Azərbaycan futbolu son illərdə böyük inkişafa nail olub. Ardıcıl ikinci mövsüm Avroliqanın qrup mərhələsində iki klubla təmsil olunmaq təsadüfi deyil.

- Amma nəzərə almaq lazımdır ki, Ağdam klubu bu rəqibinə səfərdə 1:5 hesabıyla uduzmuşdu...
- Əlbəttə, italyanlara qalib gəlmək asan olmayacaq. Amma Qurban Qurbanov güclü komanda yaradıb və onlar istənilən rəqiblə bərabər səviyyədə oynamağa qadirdirlər. Bu oyunu televizordan izləyəcəyəm. Maraqlı qarşılaşma olacaq.

- İndiki heyətdən kim daha çox xoşunuza gəlir?
- İbrahim Şehiç əla qapıçıdır. Maksim Medvedevlə Qara Qarayev də xoşuma gəlir. Bu, ola bilər ki, həm də onları çoxdan tanımağımdan irəli gəlir. Mən orada oynayanda onlar hələ gənc idilər. Onlara görə şadam.

- Futbol karyeranızı davam etdirirsiniz?
- Xeyr, artıq futbol oynamıram. Çoxdan karyeramı başa vurmuşam. Amma hərdən dostlarla birgə meydana çıxırıq. Sarayevoda yaşayıram. İndi məni futbolla heç nə bağlamır.

- Elə isə, necə dolanırsınız?
- Futbol həyatda yeganə pul qazanmaq yeri deyil. Ailə biznesimiz var. Şikayətim yoxdur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.