27 noyabr 2016 12:00
Tural Axundov: Neftçinin düşdüyü vəziyyətdə heç kim olmaq istəməz
"Kəpəz"in kapitanı Tural Axundov Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyuna ciddi hazırlaşmışıq. Bizim üçün ölüm-qalım oyunudur. Ancaq qələbə barədə düşünürük və onlara qalib gələcəyimizə ümid edirik. "Neftçi"nin indiki vəziyyətini özümüz üçün üstünlük saymırıq. Çünki onlar da bu oyunda qələbəyə oynayacaqlar. Amma evdə oynayırıq və üç xal üçün mübarizə aparacağıq. Azarkeşlərimizi sevindirmək istəyirik. Heç kim Bakı klubunun düşdüyü vəziyyətdə olmaq istəməz".
