27 noyabr 2016 11:30
Araz üçüncü, Borisovun klubu sonuncu oldu
Futzal üzrə UEFA Kubokunun elit raundunu uğurla başa vuran iki klubun adına aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, öz qruplarında birinci olan Rusiyanın "Qazprom Yuqra" və İspaniyanın "İnter" klubları Dördlər finalına vəsiqə qazanıb.
Qeyd edək ki, "Qazprom Yuqra"nın yer aldığı B qrupunda Azərbaycan çempionu "Araz" da mübarizə aparırdı. Üç oyundan yalnız birində qalib gələn təmsilçimiz qrup üçüncüsü olub.
"İnter" isə Azərbaycan yığmasının müdafiəçisi Vitali Borisovun şərəfini qoruduğu Serbiya "Ekonomaç"ı ilə eyni qrupda (C) idi. Bu komanda da cəmi bir oyunda qalb gəlməsinə rəğmən, qrup sonuncusu olub.
