27 noyabr 2016 00:45
Məsimovsuz Domjale 3 xalı 2 qolla qazandı
Futbol üzrə Sloveniya çempionatında 18-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun komandası - "Domjale" də növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Çelye" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Samirin adı əvvəlki 17 turda olduğu kimi, bu oyunun da iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Domjale" 18 turdan sonra 35 xalla 10 klub arasında 3-cü pillədə qərarlaşıb.
