27 noyabr 2016 00:35
Cəfərov oynadı, komandası uduzdu
Futbol üzrə Xorvatiya ikinci liqasında 17-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Elnur Cəfərovun komandası - "Duqopolye" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Şibenik"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.
Elnur bu matçın 75-ci dəqiqəsində meydana buraxılıb.
Qeyd edək ki, "Duqopolye" geridə qalan turlarda topladığı 25 xalla 12 klub arasında 5-ci pillədə qərarlaşıb.
