27 noyabr 2016 00:30
Paşayev oynadı, komandası yenə uduzdu
Futbol üzrə Ukrayna çempionatında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası - "Stal" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Vorskla" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 0:1.
Oyuna start heyətdə başlayan Paşayev yenə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Stal" 16 turdan sonra 14 xalla 12 klub arasında 8-ci pillədə qərarlaşıb.
