27 noyabr 2016 00:15
Borisov Ekonomaça qələbə qazandırdı
Sloveniyada futzal üzrə UEFA Kubokunun elit raundunun C qrupunun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Vitali Borisovun şərəfini qoruduğu "Ekonomaç" (Serbiya) son matçında Çexiya "Xrudim"i ilə qarşılaşıb.
Oyun Serbiya klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Komandasının yeganə qolunu da Borisov vurub.
Qeyd edək ki, "Ekonomaç" əvvəlki oyunlarında yerli "Brezye" (2:6) və İspaniyanın "İnter" klubuna (1:8) məğlub olmuşdu.
