26 noyabr 2016 23:00
Erat oynamadı, Duysburq xal itirdi
Almaniya üçüncü Bundesliqasında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın komandası - "Duysburq" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Aaeln"lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.
Erat bu oyunu ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Duysburq" 16 turdan sonra 28 xalla 20 klub arasında 1-ci pillədə qərarlaşıb.
