26 noyabr 2016 21:30
Vaqif Sadıqov: İlin sonuna kimi Robert Prosineçki ilə görüşümüz olacaq
AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov fəaliyyətləri barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Fəaliyyətimiz davam edir. Çoxlu işlər var. Premyer Liqada çıxış edən klubların futbol akademiyalarını yoxlayırıq, oyunlarına, məşqlərinə gedirik. Onların işinə qiymət veririk, rəhbərliyə hesabat təqdim edirik. Şimali İrlandiyaya məğlubiyyətdən sonra millimizin baş məşqçisi Robert Prosineçki ilə hələ görüşməmişik. O, görüş vaxtını özü təyin edəcək. Amma bu il görüşümüz baş tutacaq. Son nəticələri müzakirə edəcəyik".
