26 noyabr 2016 21:00
Şahin Diniyev: Neftçiyə qalib gəlməliyik
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Təəssüf ki, heyətdə itkilərimiz var. Ehtiyat oyunçular skamyası kiçik olan bir komanda üçün bu, böyük problemdi. Artıq xeyli müddətdir optimal heyətlə oynaya bilmirik. Amma bu, səbəb olmamalıdır. "Neftçi" ilə oyun turnir baxımından bizim üçün çox önəmlidir. Son dövrlər hətta yaxşı oyun sərgilədiyimiz halda da xal qazana bilmirik. Sabah qələbə qazanmalıyıq. "Neftçi" də indi yaxşı vəziyyətdə deyil. Amma yaxşı heyətə malik komandadır, güclü ifaçıları var. Onlarda da sabitlik çatışmır".
