26 noyabr 2016 18:00
Artim Şakiri: Qarabağa ruhdan düşmək olmaz
"Qarabağ"ın sabiq futbolçusu Artim Şakiri Ağdam klubunun Avropa Liqasının qrup mərhələsi çərçivəsində Çexiya "Slovan"ına məğlubiyyətini şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Komanda uduzubsa, burada artıq nəsə deməyə ehtiyac yoxdur. Həm də hələ heç nə bitməyib. Qrupda hər şeyə son turda aydınlıq gələcək. "Qarabağ" ikinci pillədəki mövqeyini qoruyur. Son turda İtaliya "Fiorentina"sına qalib gəlmək lazımdır. Bu, futboldur, hər şey mümkündür. Ruhdan düşmək olmaz. Bu gün uduzursan, sabah qalib gəlirsən. Ümid edirəm ki, son oyunda hər şey yaxşı olacaq və "Qarabağ" növbəti mərhələyə vəsiqə qazanacaq".
