26 noyabr 2016 17:30

“Qarabağa böyük hesabla qalib gəlməyimizi az adam gözləyirdi”

Çexiyanın "Slovan" klubunun yarımmüdafiəçisi Andrey Karafiat Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan danışıb. Azerisport.az xəbər verir ki, o, 3:0 hesablı qələbə qazandıqları matçla bağlı öncə bunları söyləyib:

"Yablonets"lə uğursuz çempionat oyunundan sonra oturduq və bəzi məsələlərlə bağlı söhbət etdik. "Qarabağ"la oyunda isə göstərdik ki, uğur qazana bilərik. Komanda meydanda səylə çalışdı. İnamlı qələbə qazanmağımız da bunun əyani göstəricisidir".

Onun sözlərinə görə, bu qələbədə onların hesabı erkən açmalarının da rolu böyük olub: "Bizim həm birinci, həm də ikinci hissədə qol vurmaq üçün çoxlu şansımız var idi. Fikrimcə, hesabın belə alınmasında erkən qol vurmağımızın böyük rolu oldu. Uşaqlar matçın qalan dəqiqələrində də eyni istəklə mübarizə apardılar və vacib qələbə qazandıq".

Karafiat qeyd edib ki, onlar qələbə qazanacaqlarına inansalar da, hesab özləri üçün də bir qədər gözlənilməz alınıb: "Aydın məsələdir ki, belə hesabla qalib gələcəyimizi çox az adam gözləyərdi. Minimal fərqlə qalib gələcəyimizə inananlar ola bilərdi. Təbii ki, belə bir nəticəyə imza atmağımız bizim üçün böyük üstünlükdür".

Təcrübəli futbolçu komandasının qrupdan çıxmaq şansları barədə də danışıb: "Qrupdan çıxmaq üçün cüzi də olsa, şans varsa, bundan yararlanmağa çalışacağıq. Amma yekun nəticə həm də "Qarabağ" - "Fiorentina" matçının necə nəticələnməsindən asılı olacaq. İstənilən halda indi bizim daha yaxşı şansımız var, nəinki "Qarabağ"la oyundan öncə. Uğur qazanacağımıza ümidimiz var".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.