26 noyabr 2016 17:00
Neftçi Kəpəzə qalib gəldi, Sumqayıt AZAL-a divan tutdu
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 13-cü tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
“Neftçi” səfərdə “Kəpəz”ə, “Sumqayıt” isə AZAL-a qalib gəlib.
Əvəzedicilərin çempionatı
13-cü tur
26 noyabr
“Kəpəz” - "Neftçi” – 0:2
Qollar: Bahadur Həziyev, 68. Heydər Babayev, 77.
AZAL - "Sumqayıt” – 1:8
Qollar: Seyidrəzi Ağayev, 84 - Əlimərdan Əlimərdanlı, 11. Ülvi Süleymanov, 20. Xaliq İbrahimov, 34. Süleyman Əhmədov, 51. Elvin Nəsibov, 63; 79; 90-pen. Nicat Muxtarov, 68.
