26 noyabr 2016 13:00
Neftçi Gəncəyə yollandı
Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində “Kəpəz”lə qarşılaşacaq “Neftçi” PFK bu gün səhər saatlarında Gəncəyə yola düşüb. Azerisport.az xəbər verir ki, komanda saat 14:00-da Gəncədə oyunöncəsi məşqə çıxacaq.
Xatırladaq ki, noyabrın 27-də Gəncə şəhər stadionunda keçiriləcək “Kəpəz” – “Neftçi” oyunu saat 14:00-da başlanacaq.
