Araz Almaniya klubuna böyük hesabla qalib gəldi
Bu gün Xorvatiyada UEFA Kubokunun elit raundunun B qrupunda son turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu "Araz" da son görüşünə çıxıb.
Naxçıvan klubu Almaniyanın "Hamburq" komandası ilə qarşılaşıb. Təmsilçimiz son oyununda darmadağınla qalib gəlib.
Xatırladaq ki, "Araz" qrupdakı ilk iki oyununda Xorvatiya "Nasional"ına 1:2, Rusiya "Qazprom Yuqra"sına 0:4 hesabıyla uduzub. Elə "Hamburq" da sözügedən rəqiblərinə məğlub olub, özü də böyük hesablarla ("Qazprom Yuqra"ya 0:4, "Nasional"a 1:11).
Qrupun digər oyununda "Qazprom Yuqra" ilə "Nasional" Dördlər finalına vəsiqənin taleyinə aydınlıq gətirəcəklər.
UEFA Kuboku
B qrupu
26 noyabr
"Hamburq" - "Araz" - 1:5 (0:4)
Qollar: Fərzəliyev, 4 (0:1). Fineo, 6 (0:2). Everton, 9 (0:3). Bolinya, 15 (0:4). Ulusoy, 27 (1:4). Poletto, 31 (1:5).
Araz: Rövşən Hüseynli, Tyaqo Bolinya, Fineo, Vassura, Emin Kürdov, Eduardo, Ramiz Çovdarov, Rizvan Fərzəliyev (k), Oqtay Rütəmli, Xətai Bağırov, Fabio Poletto, İsa Atayev.
Baş məşqçi: Miltinyo.
