26 noyabr 2016 13:30
"Arazın hər iki oyunda uduzmasını gözləmirdim"
"Araz"ın sabiq oyunçusu Rəcəb Fərəczadə Azərbaycan çempionunun UEFA Kubokunun elit raundunda Xorvatiya "Nasional"ı (1:2) və Rusiya "Qazprom Yuqra"sına (0:4) qarşı keçirdiyi oyunları şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Araz"ın hər iki oyunda uduzmasını gözləmirdim. Görünür, komanda tam hazır deyilmiş. Həm də unutmayaq ki, "Qazprom Yuqra" UEFA Kubokunun son qalibidir, çox güclü kollektivdir. "Nasional"ı da güclü rəqib saymaq olar. Həm də xorvatlar doğma divarlar arasında çıxış edirdilər. Onların məhz bu üstünlüklərindən maksimum yararlandığını düşünürəm".
