26 noyabr 2016 12:30

Rikardinyo: Qələbə qazana bilərdik

"Qəbələ"nin müdafiəçisi Rikardinyo Avropa Liqasının qrup mərhələsi çərçivəsində Belçika "Anderlext"inə qarşı oyundan (1:3) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:

- Oyunun belə alınacağını gözləyirdiniz?
- Yaxşı və maraqlı oyun alındı. Yalnız nəticə məyus edir. Bu, əlbəttə, üzücüdür. Amma çox yaxşı komandamız var və bunu bir daha göstərdik. Qələbə də qazana bilərdik.

- İkinci penalti epizodu zamanı nə baş verdi ki, hakim vurduğunuz qolu qeydə almadı?
- Hakim dedi ki, oyunçularınızdan biri vaxtından əvvəl cərimə meydançasına daxil oldu, buna görə də zərbəni təkrarlamaq lazımdır.

- Amma təkrar zərbəniz uğursuz oldu...
- Bəli. Təəssüf ki, top qapıdan aralı keçdi.

- Üç dəfə penalti nöqtəsinə yaxınlaşdınız, hamısında eyni küncü nişan aldınız. Nə əcəb digər küncə zərvə vurmaq istəmədiniz?
- Məşqlər zamanı 11 metrlik zərbələri uğurlu yerinə yetirirdim. Hər iki küncə dəqiq zərbələr endirməyi bacarıram. Oyun zamanı isə həmin küncə zərbə vurmağa qərar verdim. Belə daha uyğun olduğunu düşündüm.

- Penaltini özünüz vurmaq istədiniz, ya məşqçilərin tapşırığı idi?
- Bizim yaxşı penalti yerinə yetirən futbolçularımız var. Sadəcə, həmin gün özümə əmin idim, özümü komfortlu hiss edirdim, buna görə də penaltiləri mən yerinə yetirmək istədim.

- Qarşıda sizi "Qarabağ"la çox vacib çempionat oyunu gözləyir...
- Hər iki komanda yüksək yerlər uğrunda mübarizə aparır. "Qarabağ"ın yaxşı oyunçuları var. Onlar da bizim kimi avrokuboklarda mübarizə aparırlar. Amma biz də artıq Premyer Liqaya qayıtmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.