26 noyabr 2016 12:00
Neftçi Kəpəzlə oyuna hazırlığı davam etdirir
"Neftçi” Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində "Kəpəz” klubu ilə keçirəcəyi oyunun hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda bu gün İsmət Qayıbov adına təlim-məşq bazasında məşq keçib.
Xatırladaq ki, noyabrın 27-də Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz” – "Neftçi” oyunu saat 14:00-da başlanacaq.
