26 noyabr 2016 11:30
Kəpəz Gəncəyə yola düşdü
Topaz Premyer Liqasının 13-cü turunda Gəncədə “Neftçi”ni qəbul edəcək “Kəpəz” bu oyunla bağlı hazırlığın əsas hissəsini başa vurub. Azerisport.az xəbər verir ki, həftəboyu Bakıda hazırlaşan komanda sabah Nizami yurduna gələcək.
Otelə yerləşib yol yorğunluğunu aldıqdan sonra “sarı-göylər” matçın keçiriləcəyi arenada son məşqə çıxacaq. Hazırlıq prosesi saat 16:00-a təyin olunub.
Məşq azarkeşlər və mətbuat üçün açıq xarakter daşıyacaq.
